AZ

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50 yə heyvan tələf olub

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.

Moderator.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub.

Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.

Aidiyyəti qurumların araşdırma apardığı deyilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
3
moderator.az

4Mənbələr