AZ

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.Bu barədə Missiya.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,9 % çoxdur.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.Son nəticədə xarici ticarətdə 6 milyard 354 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,7 dəfə çoxdur.

Seçilən
12
3
missiya.az

10Mənbələr