AZ

Fransa Ermənistani geosiyasi alət kimi istifadə etməyə çalışır- ÖZƏL

"Tarixi inkişaf prosesinə nəzər saldıqda görünür ki, Ermənistan heç vaxt tam müstəqil siyasi xətt yürüdə bilən dövlət olmayıb. Müxtəlif dövrlərdə böyük güclərin himayəsinə sığınaraq öz siyasətini həyata keçirməyə çalışıb. Uzun illər Rusiyanın siyasi və hərbi dəstəyi ilə mövcudluğunu qoruyan Ermənistan bu gün Fransanın himayəsinə ümid bağlayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "Fransa isə Ermənistandan Cənubi Qafqazda geosiyasi alət kimi istifadə etməyə çalışır. Paris rəhbərliyi öz neokolonialist siyasətini yeni coğrafiyalara daşımaq niyyətindədir. Afrikada nüfuzunu itirən Fransa indi regionda təsir imkanlarını genişləndirməyə çalışır. Bu siyasətin tərkib hissəsi kimi Ermənistan silahlandırılır, anti-Azərbaycan ritorikası təşviq edilir. BMT və Qoşulmama Hərəkatı çərçivəsində dəfələrlə neokolonializmə qarşı sənədlər qəbul olunmuş, Fransanın keçmiş müstəmləkələrdə həyata keçirdiyi siyasət tənqid edilmişdir. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu məsələləri daim gündəmdə saxlamışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr