AZ

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 28 % azaldıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 443 milyon 619 min ABŞ dolları dəyərində 21 min 120 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28 % az və 37,5 % azdır.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 96,8 % artaraq 305 ədəd (53,654 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40,7 % azalaraq 18 287 ədəd (341,249 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 942-si (42,241 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 5 760-ı (123,664 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 404-ü (10,693 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 3,1 dəfə, ikincinin 31,2 %, üçüncünün isə 33,7 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 11,3 % azalaraq 2 318 ədəd (21,625 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,5 % artaraq 210 ədəd (27,091 milyon ABŞ dolları dəyərində) olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
5
cebheinfo.az

6Mənbələr