AZ

Ayağı amputasiya olunan Survivor iştirakçısından İLK AÇIQLAMA

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Survivor Yunanistan" yarışmasının iştirakçısı Stavros Floros bir ayağını itirdikdən sonra sosial şəbəkədə ilk paylaşımını edib.

BAKU.WS xəbər verir ki, Floros paylaşımında ona dəstək olan hər kəsə təşəkkür edib:

"Mənə göstərilən sevgiyə görə sonsuz təşəkkür edirəm. Həqiqətən, bütün bunlar bir möcüzədir. Bu gülümsəməni yenidən yaşamağıma səbəb olan hər kəsə minnətdaram".

Hadisədən sonra ilk dəfə paylaşım edən iştirakçı qısa müddətdə sosial mediada böyük diqqət çəkib. Onun paylaşımı izləyicilər və pərəstişkarları tərəfindən çoxsaylı dəstək mesajları ilə qarşılanıb.

Qeyd edək ki, Stavros Floros çəkilişlərdən kənar vaxtda balıq ovu etdiyi zaman turist qayığı ona çırpılıb. Onun ayağı amputasiya olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
baku.ws

1Mənbələr