AZ

Nazan Önceldən Sezen Aksuya şok sözlər: Dostluğun yalan imiş

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türk pop musiqisinin iki məşhur müğənnisi Sezen Aksu ilə Nazan Öncelin münasibətlərinin soyuduğu iddia olunur. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Nazan Öncelin Harbiye səhnəsində etdiyi açıqlama hər iki məşhurun münasibətlərində soyuqluq yarandığını göstərib. Konsert zamanı çıxış edən Nazan Öncel deyib:

“Bu dövrdə dostluqların da yalan, saxta olduğunu anladıq. Yaxın keçmişdə ‘Erkekler de Yanar’ mahnısını oxuduq, bilirsiniz duet etmişdik. Kanlıcanı da gördük. İnsan ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır”.

Müğənninin bu sözləri sosial şəbəkələrdə və media tərəfindən Sezen Aksuya ünvanlanmış eyham kimi qiymətləndirilib.

İki sənətçinin uzun illərdir yaxın dost olduğu bilinsə də, Sezen Aksu hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
lent.az

1Mənbələr