AZ

Kreml Paşinyanı belə zərərsizləşdirəcək

Rusiya iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müxtəlif formalarla təsir etməyə çalışacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu kimi tanınan "Stratfor" analitik mərkəzi məlumat yayıb.

Bildirilib ki, Kreml seçkilər zamanı Nikol Paşinyanı “Qərb kuklası”, Ermənistanın təhlükəsizliyinə təhdid və ölkəni Ukrayna ssenarisi istiqamətində idarə edən lider kimi təsvir edən “hekayələr”dən istifadə edərək ona qarşı informasiya əməliyyatlarını gücləndirəcək:

“Çox güman ki, Moskva rusiyapərəst fiqurlar arasında əks-səda yarada biləcək açıq eskalasiyadan çəkinəcək, lakin Paşinyanın manevr imkanlarını daraltmaq üçün media, onlayn şəbəkələr, müxalifət fiqurları və iqtisadi xəbərdarlıqlardan istifadə edəcək”.

Seçilən
12
publika.az

1Mənbələr