AZ

“ABŞ-nin dəniz blokadasını qıracağıq” - Xameneinin müşaviri

“Tehran ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını qıracaq”.

Missiya.Az xəbər verir ki, bunu İranın Ali rəhbərinin müşaviri Möhsün Rzayi deyib.

Onun sözlərinə görə, blokadanın uzadılması yalnız İrana deyil, dünya ölkələrinə də ciddi ziyan vurur:

“İranın dəniz blokadasını nə qədər uzadarlarsa, dünya ölkələrinə dəyən ziyan bir o qədər çox olacaq. Səbrimizin bir həddi var və Silahlı Qüvvələr özlərini hazırlayırlar”, - deyə o vurğulayıb.

Rzayi qeyd edib ki, Hörmüz boğazı ticarət üçün açıqdır, ancaq hərbi əməliyyatlar üçün açıq olmayacaq.

O, yaxın günlərdə yeni eskalasiya ehtimalına da toxunaraq ABŞ-nin çıxılmaz vəziyyətdə olduğunu və Amerika ordusunun cənub sahilinə giriş planlarının yüksək risk daşıdığını bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
1
missiya.az

2Mənbələr