AZ

Diqqət! İndidən satışa çıxarılan qarpızlar təhlükəlidir AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bazarlarda və marketlərdə yay mövsümünün əsas meyvələrindən sayılan qarpız artıq satışa çıxarılıb. Üstəlik, əvvəlki illərlə müqayisədə qiymətinin də nisbətən münasib olması alıcı marağını artırır. Buna baxmayaraq, bir çox insan mövsümündən əvvəl yetişdirilən meyvələrin, xüsusilə də qarpızın sağlamlıq üçün risk yaradıb-yaratmadığını düşünür. Bəziləri “mövsümündə yeyilməlidir” deyərək ehtiyat edir, digərləri isə dadına və qiymətinə görə almağa üstünlük verir.Maraqlıdır, mövsümündən əvvəl satışa çıxarılan qarpız və digər meyvə-tərəvəzləri istehlak etmək nə dərəcədə təhlükəsizdir?Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, mövsümündə olmayan meyvə və tərəvəzləri yetişdirmək, onların daha sürətli böyüməsini təmin etmək üçün bəzən müxtəlif gübrələrdən və kimyəvi maddələrdən istifadə olunur:“Əgər bu maddələrdən normadan artıq istifadə edilərsə, xüsusilə də nitrat tərkibli gübrələr tətbiq olunarsa, həmin məhsulların tərkibində nitrat səviyyəsi həddindən artıq yüksəlir. Bu isə insan sağlamlığı üçün müxtəlif fəsadlara səbəb ola bilər. Burada əsas risk qrupuna uşaqlar, yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər, həmçinin hamilə və süd verən qadınlar daxildir. Belə kimyəvi maddələr bir çox hallarda qida zəhərlənməsi, ürəkbulanma, halsızlıq, baş ağrısı, maddələr mübadiləsinin pozulması və mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər. Ona görə də istixana şəraitində nəzarətsiz yetişdirilən və ya mənşəyi məlum olmayan, mövsümündən əvvəl satışa çıxarılan meyvə-tərəvəzləri alarkən diqqətli olmaq lazımdır. Əgər məhsul həddindən artıq parlaq və qeyri-təbii görünürsə, özünəməxsus qoxusu yoxdursa, məsələn qırmızı olmalı olduğu halda içərisi açıq rənglidirsə və ya sarımtıl damarlar görünürsə, bu, məhsulun tərkibində nitratın çox olmasının göstəricisi ola bilər”.O bildirib ki, belə məhsullardan istifadə etmək tövsiyə olunmur:“Eyni zamanda məhsulun satıldığı yerdə sanitar-gigiyena qaydalarına əməl olunmasına diqqət edilməlidir. Çünki bəzi hallarda bu məhsullar doğranaraq satışa çıxarılır və istifadə olunan bıçaq, yaxud doğrama səthi təmiz olmadıqda çarpaz çirklənmə baş verə bilər. Bu da müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər meyvə və tərəvəzin tərkibindəki vitamin və minerallardan maksimum faydalanmaq istəyiriksə, daha çox yerli və mövsümündə olan məhsullara üstünlük vermək lazımdır. Bu həm sağlamlıq üçün daha faydalıdır, həm də orqanizmin kimyəvi maddələrlə yüklənməsinin qarşısını alır. İmmunitet sistemi güclü olan insanlarda belə dərhal zəhərlənmə baş verməsə də, zamanla müxtəlif fəsadlar yarana bilər. Buna görə də yerli və mövsümi meyvə-tərəvəzlərin istehlakı daha məqsədəuyğundur”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
demokrat.az

1Mənbələr