AZ

"Qarabağda gələcəyin şəhərlərinin necə qurulduğunu yaxından gördülər"

Yazını böyüt
Yazını kiçilt

QHT-nin WUF13-dəki ilk tədbiri dünyanın müxtəlif ölkələrindən və şəhərlərindən nümayəndələrin iştirak etdiyi, su qıtlığı və su ehtiyatlarının səmərəli idarə olunması məsələlərinə həsr olunmuş platformadır.

Hafta.az xəbər verir ki, bu sözləri Qlobal Cənub QHT Platformasının yeni seçilmiş Baş katibi Fuad Kərimli Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, təşkilat qlobal canlılıq platformasında panelist qismində təmsil olunub:

“Panelistlər Pakistan, Nigeriya və Oman da daxil olmaqla bir sıra ölkələrdən qatılmışdılar. Çıxışlarda gələcəyin şəhərlərində su ehtiyatlarının dayanıqlı şəkildə idarə olunmasının vacibliyi, su resurslarının düzgün idarə edilməməsinin qadınlara və gənclərə təsiri, eləcə də gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğu diqqətə çatdırıldı”.

Fuad Kərimli qeyd edib ki, çıxışlar zamanı Qarabağa təşkil edilən səfərlərdən də bəhs olunub:

“Panel iştirakçıları Qarabağda həyata keçirilən “ağıllı kənd” layihələri ilə tanış olduqlarını və gələcəyin şəhərlərinin necə formalaşdırıldığını yaxından gördüklərini bildirdilər. Onlar bu layihələrə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini ifadə etdilər”.

Baş katib əlavə edib ki, xüsusilə “smart city” layihələri istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların tərəfdaşları Azərbaycan təcrübəsinin öz ölkələrində tətbiqi imkanlarını tədbir çərçivəsində geniş müzakirə ediblər.

Seçilən
3
1
hafta.az

2Mənbələr