AZ

2026-cı ilin may ayı üçün əkin təqvimi: bağbanlar hansı günlərdə əkin etməlidir?

May ayı bağ sahibləri üçün ilin ən məsuliyyətli dövrlərindən biridir. Torpağın isinməsi ilə birlikdə əkin-biçin işləri sürətlənir, bağbanlar isə məhsuldar mövsüm üçün hazırlıqlara başlayırlar. Təcrübəli aqronomlar hesab edir ki, düzgün vaxtda aparılan əkin həm məhsuldarlığı artırır, həm də bitkilərin xəstəliklərə davamlılığını gücləndirir. Bu baxımdan bir çox insan ənənəvi olaraq ay təqviminə də diqqət yetirir.

2026-cı ilin may ayında Ay dövrləri fərqli ardıcıllıqla müşahidə olunacaq. Ayın ilk günü – 1 may tarixində dolunay baş verəcək. Daha sonra 15 maya qədər Ay kiçilən fazada olacaq. 16 mayda yeni Ay başlayacaq və bundan sonra böyüyən Ay mərhələsi ayın sonuna qədər davam edəcək. 31 mayda isə yenidən dolunay müşahidə ediləcək.

Ay təqviminə əsasən, 2–7, 11–12, 20–21 və 26–30 may tarixləri əkin və səpin üçün daha əlverişli günlər hesab olunur. Bu dövrdə xüsusilə xiyar, balqabaq, göyərti, qarğıdalı, lobya və kələm kimi bitkilərin əkilməsi tövsiyə edilir. Həmçinin pomidor, bibər və badımcan şitillərinin açıq torpağa köçürülməsi üçün də münasib vaxt sayılır.

13–14, 18–19 və 22–25 may tarixləri isə neytral günlər kimi qiymətləndirilir. Bu müddətdə bağbanlar əsasən suvarma, gübrələmə, alaq təmizliyi və torpağın hazırlanması kimi işlərə üstünlük verirlər.

Ay təqviminə görə 1, 16 və 31 may tarixləri əkin üçün əlverişsiz sayılır. Mütəxəssislər həmin günlərdə torpaqda aktiv əkin aparmaqdansa, texniki və təsərrüfat işləri ilə məşğul olmağı daha məqsədəuyğun hesab edirlər.

Seçilən
31
aznews.az

1Mənbələr