AZ

Keniyalı nümayəndə: “Bakıda gördüklərimizi ölkəmizdə tətbiq etmək istəyirik”

“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Bakıda şahidi olduğumuz Azərbaycanın mənzil siyasəti və şəhərsalma sahəsində gördüyü işlər bizi çox təsirləndirdi”.

Bunu Oxu.Az-a açıqlamasında Keniyadan olan nümayəndə, şəhərsalma üzrə mütəxəssis Jacquelyne Chege (Jaklin Çege) WUF13 sessiyası zamanı deyib.

O bildirib ki, forum çərçivəsində əldə etdiyi təcrübəni ölkəsində tətbiq etməyi planlaşdırır:

“Azərbaycanda, xüsusilə də Bakıda mənzil və şəhərsalma sahəsində görülən işlər həqiqətən çox gözəldir. Burada həm münasib qiymətli mənzillərin inşası, həm də yerli mədəniyyətin memarlıqda əks etdirilməsi diqqətimizi çəkdi.

Keniyada da münasib qiymətli tikinti materiallarından istifadə etməklə əlçatan mənzil layihələrinin inkişafına ehtiyac var. Bakıda gördüklərimizi ölkəmizdə tətbiq etmək istəyirik.

Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentini, aidiyyəti dövlət qurumlarını və təşkilat komitəsini təbrik edirəm. Bakıdan çox gözəl təəssüratlarla ayrılacağıma əminəm”.

Seçilən
18
editor.az

1Mənbələr