AZ

Sabunçuda sexdə yanğın baş verib

BAKI, 18 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Seçilən
14
28
teleqraf.com

10Mənbələr