AZ

Brunu Fernandeş İPL rekordunu təkrarladı

İngiltərə Premyer Liqasının (İPL) 37-ci turu çərçivəsində dünən öz meydanında "Nottingem Forest"i 3:2 hesabı ilə üstələyən "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş sözügedən çempionatın assist rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu "meşəbəyilər"lə görüşdə cari mövsüm 20-ci qol ötürməsini edib.

Daha öncə bir İPL mövsümündə bu sayda assist həddinə yalnız "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri (2002/2003) və "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Kevin De Bröyne (2019/2020) çata bilib.

MY 38-ci turda "Brayton"la üz-üzə gələcək. Mayın 24-də reallaşacaq qarşılaşma 19:00-da start götürəcək.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr