AZ

Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib

Tbilisi, 18 may, AZƏRTAC

Gürcüstan Parlamentin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasına rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu, Gürcüstan Parlamentinin sədrinin son 20 ildə Çinə ilk rəsmi səfəridir.

Səfər çərçivəsində Şalva Papuaşvilinin yüksək səviyyəli görüşləri nəzərdə tutulub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
26
2
azertag.az

3Mənbələr