AZ

“Şəhərsalma forumu qlobal əməkdaşlıq üçün mühüm platformadır” - Xarici qonaq

“Forum şəhərsalma sahəsində fikir mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün müstəsna bir platformadır. Bu forum dayanıqlı inkişaf sahəsində həyata keçirilən səyləri ön plana çıxarmaqla yanaşı, innovativ həll yollarının araşdırılması və tətbiqi baxımından da olduqca əhəmiyyətlidir”.

SİA xəbər verir ki, bu sözləri sərgi iştirakçısı Pamtam Vendpanga Omar bildirib.

O qeyd edib ki, forumda müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər, alimlər, şəhər planlaşdırıcıları və siyasətçilər bir araya gələrək müasir şəhərlərin üzləşdiyi problemləri müzakirə edirlər.

Onun sözlərinə görə, sürətli urbanizasiya, ekoloji tarazlıq, nəqliyyat sistemi və yaşayış keyfiyyətinin yüksəldilməsi kimi məsələlər forumun əsas müzakirə mövzularındandır.

Pamtam Vendpanga Omar vurğulayıb ki, müxtəlif mədəniyyətlərin və baxışların bir araya gəlməsi tədbirin qlobal xarakterini gücləndirir və şəhərsalmanın ümumbəşəri bir məsələ olduğunu göstərir.

O əlavə edib ki, forum çərçivəsində təqdim olunan layihələr gələcək şəhərlərin daha dayanıqlı və inklüziv prinsiplər əsasında qurulmasına xidmət edir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
21
sia.az

1Mənbələr