AZ

“Yerli podratçıların iştirakı ilə tikinti və infrastruktur işləri uğurla həyata keçrilir” YARED TESHOME GENETİ

ain.az bildirir, Sia Az portalına istinadən.

“Biz bu məkanın tikintisini həyata keçirən podratçı şirkətin nümayəndələriyik. GL Seranos layihə komandası olaraq bu məkanın həm memarlıq və dizayn konsepsiyasının hazırlanması, həm də tikinti prosesinin icrası üzərində çalışmışıq”.

SİA xəbər verir ki, bu sözləri konfrans iştirakçısı Yared Teshome Geneti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Horse Country və OPCO ilə sıx əməkdaşlıq etmişik:

”Son beş-altı ay ərzində məkanın ümumi konsepti, estetik görünüşü, funksional planlaması və qonaqlar üçün rahat atmosferin yaradılması istiqamətində geniş işlər görülüb.

Bununla yanaşı, yerli podratçı şirkətlərin və peşəkar mütəxəssislərin cəlb olunması ilə tikinti və texniki infrastruktur işləri uğurla həyata keçirilib. Layihənin əsas məqsədi həm müasir memarlıq yanaşmasını əks etdirmək, həm də qonaqlar üçün komfortlu və fərqli bir mühit yaratmaq olub.

Bu məkanın gələcəkdə müxtəlif beynəlxalq tədbirlərə, görüşlərə və sosial layihələrə ev sahibliyi edəcəyinə inanırıq. Ümid edirik ki, burada keçirilən tədbirdən xoş təəssüratlarla ayrılacaq və yaradılan atmosferdən zövq alacaqsınız”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sia.az

2Mənbələr