AZ

"Haber Global" kanalı WUF13-ün ikinci günündən videoreportaj hazırlayıb

Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ikinci günündən (WUF13) videoreportaj hazırlayıb.
 
Moderator.az xəbər verir ki, reportajda 182 ölkədən 40 mindən çox şəxsin iştirak etdiyi vurğulanıb.
 
Videomaterialda bildirilib ki, Misirdə iki il əvvəl keçirilən WUF12-də 24 min şəxs iştirak edib. Bakıda keçirilən forumda iştirakçıların sayının 2 dəfə çox olması diqqətə çatdırılıb.
 
Videomaterialda "WUF13" Azərbaycanın, Bakının ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri kimi təqdim edilib.
 
Süjetdə Türkiyənin də burada yüksək təmsilçiliyi qeyd olunub. Bildirilib ki, Türkiyə WUF13-də milli stendlə çıxış edir. Stendə zəlzələ sonrası şəhərçilik istiqamətində görülən işlər, həmçinin 3 il ərzində Türkiyədə 455 min yaşayış binasının tikilərək zəlzələdən əziyyət çəkən vətəndaşlara təhvil verildiyi qeyd edilib.
 
Seçilən
0
7
moderator.az

8Mənbələr