AZ

PAŞİNYAN YENƏ ÖZÜNDƏN ÇIXDI... “Hamınızı diz çökdürəcəm, ay alçaqlar...

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Qarabağ ləhcəsi ilə maskalı videolar yayan o tulalar, qaçqın küçüklərsiniz...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Arabkir rayonunda keçirdiyi seçkiqabağı təşviqat kampaniyası zamanı gərgin anlar yaşanıb. Sakinlərdən birinin Paşinyana qarşı kəskin ittihamlar səsləndirməsi Baş naziri hövsələdən çıxarıb. O, müxalifət liderlərini və Qarabağı tərk etmiş ermənilərini hədəf alaraq ağır təhqirlər yağdırıb.

“AzPolitika” erməni mediasına istinadən xəbər verir ki, mitinq zamanı bir qadın Paşinyana yaxınlaşaraq onu ölkəni fəlakətə sürükləməkdə ittiham edib:"Siz mənim vətənimi oğurladınız, bütöv bir gənc nəsli məhv etdiniz! Qardaşımı, sevincimi əlimdən aldınız. Bizi diz çökdürməyə çalışdınız, amma biz diz çökmədik!"

Paşinyan isə özünə bəraət qazandırmağa çalışaraq, "Biz tibbi sığorta tətbiq etdik, biz dövlət qurduq..." deyə cavab verib. 

Lakin qadın onun sözünü kəsərək, "Siz bizi diz çökdürmək istədiniz" ittihamını təkrarlayıb.

Məhz bu sözlərdən sonra mühit tamamilə gərginləşib və Paşinyan isterik şəkildə müxalifət liderlərini hədəf almağa başlayıb:"Əgər sən Robun (Robert Köçəryan - red.) tərəfdarısansa, bil ki, Robu diz çökdürəcəm, Rob həbsə girəcək, onu gəbərdəcəm! Kaluqalını da (Samvel Karapetyan - red.) diz çökdürüb gəbərdəcəm, Serji də (Serj Sarkisyan - red.), Qaqonu da (Qagik Tsarukyan - red.)! Ermənistan vətəndaşını mən yox, Rob güllələyib!"

Qadının onu "ölkəni dağıtmaqda" ittiham etməsinə cavab olaraq Paşinyan Qarabağ klanını və son günlər sosial şəbəkələrdə onun əleyhinə videolar yayan şəxsləri hədəf alıb:"Siz özünüz ölkəni dağıtmısınız, Qarabağın adı ilə hər yeri talan etmisiniz! İndi də sosial şəbəkələrdə Qarabağ ləhcəsi ilə maskalı videolar yayan o tulalar, qaçqın küçüklərsiniz. Çıxarın maskalarınızı, ay alçaqlar, ay fərarilər! Maskalanıb danışanlara deyirəm: siz döyüş meydanından qaçan qorxaq, hamballarsınız! Maskalarınızı çıxarın, Robun küçükləri, Serjin küçükləri, Qaqonun küçükləri... Hamınızı bir-bir çökdürəcəm, o maskaları da bir-bir müvafiq yerlərinizə soxacam!"

Daha sonra jurnalistlərin suallarını cavablandıran Paşinyan, hədələdiyi şəxslərin arxasında birbaşa siyasi rəqiblərinin dayandığını iddia edib. O, əlindəki telefonu göstərərək qeyd edib:"Rəqiblərim Ermənistan qanunvericiliyi və ədalətlə hədələyirəm. Müharibədəki '5 min qurban' ifadəsini dilinə gətirdiklərinə görə onları cəzalandıracam. Konkret hədələyirəm – Robik, Kaluqalı, Serj, Qaqo, hamınızı hədələyirəm! Əlimdə fakt varmı? Bəli, var. Fakt odur ki, yayılan videolar onların ritorikası ilə tam üst-üstə düşür. O maskalılar maskalarını çıxaranda görəcəksiniz ki, onlar müharibənin ilk saatlarında döyüş meydanından qaçan fərarilərdir. Onları bir-byr tapacam, maskalarını cıracam və nə edəcəyimi artıq dedim".

Rasim Əliyev

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
5
azpolitika.info

8Mənbələr