AZ

“Barbie” qızların karyera seçimlərinə təsir edir

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aparılan araşdırmalar göstərib ki, “Barbie” gəlincikləri ilə oynayan qızlar gələcəkdə oğlanlarla müqayisədə özləri üçün daha az peşə seçimini mümkün hesab edirlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sex Roles” jurnalında dərc olunan araşdırmada qeyd olunub.

Alimlər moda gəlinciklərinin qızların gələcək peşə və karyera arzularına təsirini araşdırıblar.

Tədqiqatda ABŞ-də yaşayan 4–7 yaş arası 37 qız iştirak edib. Uşaqlar təsadüfi şəkildə “Doctor Barbie”, “Fashion Barbie” və ya daha neytral hesab olunan “Mrs. Potato Head” oyuncağı ilə oynayıblar.

Daha sonra qızlara on müxtəlif peşəni əks etdirən fotoşəkillər göstərilib və onlardan həm özlərinin, həm də oğlanların gələcəkdə hansı peşələrlə məşğul ola biləcəkləri barədə qiymətləndirmə aparmaları xahiş olunub.

Nəticələr göstərib ki, istər moda modeli, istərsə də həkim obrazında təqdim olunmasından asılı olmayaraq, “Barbie” kuklası ilə oynayan qızlar özlərini oğlanlara nisbətən daha az sayda peşə imkanları ilə əlaqələndiriblər. Bunun əksinə olaraq, “Mrs. Potato Head” ilə oynayan qızlar özləri üçün oğlanlarla müqayisədə daha geniş karyera seçimlərinin mövcud olduğunu bildiriblər.

Tədqiqatçılar hesab edirlər ki, “Barbie” gəlinciklərinin qeyri-real bədən quruluşu və ideal gözəllik standartlarını əks etdirən görünüşü qızların düşüncə tərzinə təsir göstərə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
yeniavaz.com

2Mənbələr