ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Liderlər olaraq daha yaxşı şəraitin yaradılması üçün cəsarətli olmalıyıq.
Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.
“Bu gün biz şəhər inkişafının, xüsusilə paytaxt şəhərlərinin inkişafının vacibliyini tam anlayaraq həm cəsarətli, həm də ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə müqayisə edirəm. Yeri gəlmişkən, bu yarış şəhər trasında keçirilən azsaylı Formula 1 yarışlarından biridir. Avtomobillərin sürəti saatda 300 kilometrdən çox olur, daha sonra isə pilotlar əyləci basaraq qədim şəhər divarından cəmi bir metr aralıda yerləşən, eni yeddi metr olan dar küçəyə daxil olurlar. Buna görə də pilotlar həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar. Liderlər, qərar qəbul edən şəxslər və inkişaf gündəmini müəyyən edənlər olaraq biz də inkişafda, daha yaxşı şəraitin yaradılmasında cəsarətli olmalıyıq”, - dövlət başçısı qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.