Almaniyanın “Ayntraxt” klubu baş məşqçi Albert Riera ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, klubun bəyanatında ispaniyalı mütəxəssislə yanaşı, məşqçilər korpusunun da komandadan ayrıldığı bildirilib. Riera bu ilin yanvarından Frankfurt təmsilçisini çalışdırırdı.
“Ayntraxt” Bundesliqada 32 turdan sonra 43 xalla 8-ci pillədə qərarlaşıb.