AZ

Evə gecələməyə çağırdığı qadını vəhşicəsinə döydü Niyə gedirsən?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xırdalanda gecə saatlarında baş verən hadisə iki şəxs arasında ciddi qarşıdurmaya səbəb olub. Qax rayon sakini olan gənc oğlan birgə vaxt keçirdiyi tanışına ağır bədən xəsarətləri yetirib.Demokrat.az xəbər verir ki, hadisə martın 20-si gecə saat 4 radələrində Xırdalan şəhərində qeydə alınıb. 23 yaşlı Tural yaşadığı evə dəvət etdiyi tanışı Mayanın evdən getmək istəyinə sərt reaksiya verib. Qadının qalmaq təklifini rədd etməsi tərəflər arasında mübahisəyə çevrilib. Münaqişə zamanı gənc oğlan qadına hücum edərək onun üz və bədən nahiyələrinə ardıcıl yumruq zərbələri endirib.Xəsarət alan qadın dərhal polisə müraciət edərək şikayətçi olub. Faktla bağlı gəncə qarşı qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs əməlini etiraf edərək zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini bildirib. Qadın da öz növbəsində qarşı tərəflə barışdığını və şikayətini geri götürdüyünü təsdiqləyib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə tərəflərin barışması nəzərə alınaraq cinayət təqibinə xitam verilib və gənc oğlan məsuliyyətdən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
demokrat.az

1Mənbələr