AZ

Yeni görünüşü ilə hər kəsi şok saldı - Məşhur aktrisa TANINMAZ HALDA

Amerikalı məşhur aktrisa və MMA döyüşçüsü Gina Carano keçmiş UFC çempionu Ronda Rousey ilə uzun illərdən sonra yenidən qəfəsə çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, qarşılaşma ABŞ-nin "Intuit Dome" arenasında keçirilib və böyük marağa səbəb olub.

Tədbir həmçinin Netflix platformasında canlı yayımlanan ilk MMA gecəsi kimi tarixə düşüb.

Döyüşə olduqca sürətli başlayan Ronda Rousey rəqibinə ilk saniyələrdən təzyiq göstərib. Keçmiş UFC çempionu Gina Caranonu cəmi 17 saniyəyə yerə yıxaraq məşhur qol kilidi fəndi ilə təslim edib və qələbə qazanıb.

39 yaşlı Rouseyin dominant performansı sosial şəbəkələrdə də geniş müzakirə olunub.

Qarşılaşmadan sonra açıqlama verən Gina Carano bu döyüşə hazırlaşmaq üçün son 1,5 ildə 45 kilo çəki atdığını bildirib.

“1,5 ildə 45 kilo arıqladım. Bunu demək belə çətindir. Hər həftə çox çalışırdım. Bu çəki bir gecədə yox olmadı. Əgər məqsədim Ronda Rousey ilə döyüşmək olmasaydı, bunu bacarmazdım”, – deyə Carano canlı yayımda bildirib.

Qeyd edək ki, əfsanəvi döyüşçülərin yenidən qarşılaşması MMA azarkeşləri tərəfindən ilin ən maraqlı hadisələrindən biri kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr