Rusiya Prezidenti Vladimir Putinin Çinə gözlənən rəsmi səfəri ərəfəsində Moskvadan qlobal güc balansına təsir edəcək bəyanat gəlib.
Musavat.com xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Kremlin bu dəvətdən çox ciddi və yüksək gözləntilərə sahib olduğunu bəyan edib. Peskovun sözlərinə görə, Vladimir Putin mayın 19-20-də Çinə irimiqyaslı rəsmi səfər edəcək. Moskva ilə Pekin arasındakı bütün iqtisadi məsələlərin masaya yatırılacağı bu kritik səfərdə Rusiyanı təkcə dövlət başçısı deyil, həm də hökumətin baş nazir müavinləri, nazirlər və ölkənin ən nəhəng şirkətlərinin rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti təmsil edəcək.
Mətbuat katibi Ukraynadakı münaqişəyə də toxunaraq bildirib ki, hazırda bu ölkə ilə bağlı sülh prosesi tamamilə pauzaya alınıb, lakin Rusiya tərəfi danışıqların yenidən bərpa olunacağına ümid edir. Səfər öncəsi daxili təhlükəsizlik tədbirlərinə də diqqət çəkən Peskov, Vladimir Putinin bu gün Rusiya Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcəyini diqqətə çatdırıb. Hərbi və siyasi ekspertlər hesab edirlər ki, Təhlükəsizlik Şurasının bu qəfil toplantısı və dərhal ardından Pekinə ediləcək böyük səfər Rusiyanın həm cəbhədə, həm də beynəlxalq arenada yeni və daha aqressiv bir strategiya hazırladığının göstəricisidir. Hazırda ABŞ və Qərb paytaxtları Putinin Pekində keçirəcəyi görüşlərin nəticələrini və iki fövqəldövlət arasında bağlanacaq yeni iqtisadi-hərbi müqavilələrin detallarını böyük narahatlıqla gözləyir.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta