AZ

ABŞ sakini lotereyada 18-ci dəfə udub

ABŞ-ın Aydaho ştatının sakini lotereyada 50.000 dollar udub. Bu, onun həyatındakı 18-ci şanslı lotereyadır.

Herbiand.az bildirir ki, bu barədə People nəşri yazıb.

Kişinin mükafatları 1000 dollardan 200.000 dollara qədər dəyişib. 1997-ci ildə isə hətta avtomobil qazanıb.

O, etiraf edib ki, bütün lotereyalarda həyat yoldaşı ilə oynayır. Qalib şəxs deyib ki, bu, onların birgə həyatının xoş bir hissəsinə çevrilib. Lotereya təşkilatçıları ondan bəxtinin sirrini soruşanda belə cavab verib: "Mənim əsl şansım 40 il eyni heyrətamiz qadınla birlikdə olmaqdır".

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr