AZ

Qəbiristanlıqda ŞOK OLAY: Cəsədi məzardan çıxardılar - VİDEO

Türkiyənin Muş vilayətinin Varto rayonunda baş verən hadisə böyük rezonans doğurub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, mərhumun yaxınları dəfn zamanı məzarın içərisinin su ilə dolu olmasına baxmayaraq, basdırılmanın həyata keçirildiyini iddia ediblər.

Ailə üzvlərinin sözlərinə görə, məzardakı su yaxınlıqdakı boş qəbirdən sızıb. Onlar dəfnin lazımi şərait yaradılmadan aparıldığını bildirərək bələdiyyə qurumlarına etiraz ediblər.

Hadisədən narazı qalan yaxınlar sonradan qəbri yenidən açaraq mərhumun cəsədini çıxarıblar. Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

İddialara görə, ailə dəfn prosesində ciddi səhlənkarlığa yol verildiyini düşünür. Hadisə ilə bağlı yerli qurumların araşdırma aparacağı bildirilir.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr