AZ

“Turan Tovuz” Avrokubok matçlarını doğma şəhərində oynayacaq? Klubdan AÇIQLAMA

ain.az, Bizim media saytına istinadən bildirir.

Uzun fasilədən sonra yenidən Avrokuboklara vəsiqə qazanan “Turan Tovuz” ölkəmizi bu mövsüm beynəlxalq arenada təmsil edən klublardan biri olacaq. Ancaq komandanın beynəlxalq matçları harada keçirəcəyi hələ dəqiqləşməyib.Düzdür, bir müddət əvvəl rəhbərlik Konfrans Liqası oyunlarını Tovuzda keçirmək istədiklərini açıqlamışdı. Bununla belə ortada hələ ki, konkret qərar yoxdur.Məsələ ilə bağlı “Turan Tovuz” klubu ilə əlaqə saxladıq. Komandanın idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Bizim.Media-ya açıqlamasında hər şeyin UEFA nümayəndələrinin Tovuz şəhər stadionunu təftiş etdikdən sonra dəqiqləşəcəyini bildirdi:

 

“Avrokubok matçlarını Tovuzda oynamaq istəyirik. Ancaq stadionumuz hələ ki, beynəlxalq sertifikat almayıb. Bunun üçün UEFA nümayəndələrinin arenaya baxış keçirməsi lazımdır. Onlar isə mayın 24-ü və ya 25-də Tovuza gəlməlidir. Məhz onların təftişindən sonra Konfrans Liqası oyunlarını Tovuzda keçirib-keçirməyəcəyimiz dəqiqləşəcək.

Biz üzərimizə düşənləri etmişik ki, arenada hər hansı çatışmazlıq olmasın. Əgər stadionumuz UEFA kateqoriyası alsa, rəqiblərimizi Tovuzda qəbul etmək üçün heç bir problem olmayacaq. Yox, əgər stadion qəbul olunmasa, ehtiyat variant kimi Sumqayıt şəhər stadionunu seçmişik”.Qeyd edək ki, “Turan Tovuz” ilk dəfə 1994-1995-ci illər mövsümündə UEFA kubokunda mübarizə aparıb. Həmin vaxt qərb təmsilçisi Türkiyənin “Fənərbağça” klubuna iki oyunun nəticəsinə görə məğlub olaraq mübarizəni dayandırmışdı.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
bizim.media

2Mənbələr