AZ

Çin bu qadağaları götürəcək - Ağ Evdən açıqlama

Çin nadir torpaq metallarının tədarükünə qoyulan məhdudiyyətləri və qadağaları aradan qaldırmaq üçün addımlar atacaq.

Musavat.com xəbər verir ki, bu, Ağ Evin veb saytında prezident Donald Trampın Pekinə səfərinin nəticələrinə dair yerləşdirilmiş açıqlamada əksini tapıb: “Çin nadir torpaq metalları sektorunda təchizat zəncirinin çatışmazlığı ilə bağlı ABŞ-ın narahatlıqlarına cavab olaraq tədbir görəcək. Çin həmçinin nadir torpaq metal məhsullarının, eləcə də emal avadanlıqları və texnologiyalarının satışına qoyulan qadağalar və məhdudiyyətlərlə bağlı ABŞ-ın narahatlıqlarına cavab olaraq tədbir görəcək".

Ağ Ev həmçinin Çinin Amerikanın "Boeing" şirkətindən 200 təyyarə alacağını təsdiqləyib.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr