ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
İranla münaqişə ABŞ-ın hərbi arsenalını sürətlə boşaldır.
Bizimyol.info xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalına danışan, Pentaqonda analiz və qiymətləndirmə işlərinə cavabdeh olmuş general-mayor ehtiyatda olan Con Ferrari bildirib.
“Başqa cür müharibə aparmaq üçün müəyyən növ silahlarımız tükənir. Bahalı sursat növlərimiz tükənir” – deyə Ferrari qeyd edib. O, hansı sursat növlərindən danışdığını açıqlamayıb, lakin ABŞ-ın hazırkı arsenal vəziyyətini “strateji baxımdan narahatlıq doğuran siqnal” adlandırıb.
ABŞ Senatının Silahlı Qüvvələr komitəsinin üzvü, Arizona ştatından demokrat Mark Kelli isə: “Biz İranla münaqişədə böyük miqdarda sursat sərf etmişik, bu isə amerikalıların müdafiəsinin zəifləməsi deməkdir”, - deyə bildirib. O əlavə edib ki, potensial “Çinlə Qərb Sakit okean bölgəsində və ya başqa yerdə münaqişə” baş verərsə, ABŞ dərhal zərbə vasitələrinin çatışmazlığını hiss edəcək, çünki “sursat tükənib”.
Keçən həftə Dövlət Departamenti bəyan edib ki, ABŞ bəzi sursat növlərinin Baltik ölkələrinə çatdırılmasını gecikdirib. Bu, İranla müharibənin ABŞ arsenalını tükətməsi ilə bağlıdır.
ABŞ hazırkı əməliyyat zamanı raket müdafiə sistemləri və digər raket silahlarını aktiv istifadə edib. ABŞ KİV-lərinin məlumatına və bəzi rəsmi şəxslərin, o cümlədən Konqres nümayəndələrinin etirafına görə, Pentaqon yüksək dəqiqlikli sursatların çatışmazlığı ilə üzləşib. ABŞ Müdafiə naziri Pit Heqset yaxın günlərdə bildirib ki, sərf olunan sursatları bərpa etmək illər aparacaq. Vaşinqton faktiki olaraq bəzi silahların xarici müttəfiqlərə və tərəfdaşlara çatdırılmasını dayandırıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.