AZ

Antonio Kampanyoli: WUF13 dayanıqlı şəhər inkişafında qlobal əməkdaşlığı gücləndirir

Bakı, 18 may, AZƏRTAC

WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformadır.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) dünya prezidenti Antonio Kampanyoli deyib.

O vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat əvvəlki sessiyalarda olduğu kimi, WUF13-də də fəal iştirak edir və bu platformanı şəhərsalma sahəsində əsas beynəlxalq tədbirlərdən biri hesab edir. “Federasiya 80-dən çox ölkədə fəaliyyət göstərir və yüzlərlə təşkilatı bir araya gətirir. FIABCI Yeni Şəhər Gündəliyinin təşviqi istiqamətində fəaliyyət göstərir və bu prosesdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığa xüsusi önəm verir. Biz mənzil təminatı, dayanıqlılıq və inklüzivlik prinsiplərini dəstəkləyirik. Bu forum həmin ideyaların təşviqi üçün əsas beynəlxalq platformalardan biridir”,- deyə Antonio Kampanyoli əlavə edib.

Müxbir - Fidan Əlizadə
Videoperator - İlham Nadirov

 

Seçilən
24
50
azertag.az

10Mənbələr