AZ

ABŞ-dan İrana yeni mesaj: Tehran cavabını göndərdi

İran ABŞ-ın müharibənin nizamlanması planına etdiyi düzəlişlərlə bağlı qeydlərinə cavab verib.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmayıl Bəqai açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqton İranın təqdim etdiyi layihəni birbaşa rədd etsə də, Pakistan vasitəsilə Tehrana bir sıra qeydlər və korrektələr göndərilib.

“Biz bu təklifləri nəzərdən keçirdik və dünən də elan olunduğu kimi, mövqeyimizi ABŞ tərəfinə çatdırdıq”, - deyə Bəqai bildirib.

İran rəsmisi vurğulayıb ki, Tehran və Vaşinqton arasında dialoqda vasitəçi rolunu Pakistan oynayır.

Seçilən
18
publika.az

1Mənbələr