AZ

Pezeşkian: “Boyun əyməyəcəyik”

İran Prezidenti Məsud Pezeşkian heç bir gücə boyun əyməyəcəklərini, öz rahatlıqları və dünyəvi maraqları naminə ölkənin şərəfini qurban verməyəcəklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian paytaxt Tehranda hökumət üzvlərinin də iştirak etdiyi toplantıda son hadisələr və ölkənin vəziyyəti ilə bağlı qiymətləndirmələr aparıb.

O bildirib ki, düşmənlər İranı raketlər, bombalar və təyyarələrlə “təslim olmağa” məcbur edə bilməz.O qeyd edib ki, düşmən buna ehtiyac qalmadan qarışıqlıq yaradaraq və birliyi pozaraq cəmiyyəti parçalaya bilər:

“Boyun əyməyəcəyik. Heç bir şəkildə heç bir gücə boyun əyməyəcəyəm. Ölkənin şərəfini rahatlığımız və dünyəvi maraqlarımız naminə qurban verməyəcəyik. Amma ölkəni ağılla idarə etməliyik”.

Müzakirələrə qarşı çıxan bəzi fikirlərə toxunan Pezeşkian bildirib:

“Danışıqlar aparmayacağıq şəklindəki şüarın heç bir mənası yoxdur. Danışıq aparmayıb nə etməliyik? Biz şərəfimizlə danışıqlar aparırıq. Haqqımız var, məntiqimiz var, dəlillərimiz var. Ölkəmizin hüquqlarını güclü şəkildə müdafiə edə bilirik və xalqımızın dəstəyi ilə onların hüquqlarını qoruyacağıq”.

Pezeşkian əlavə edib ki, məntiqli danışmaq və məntiqli cavab vermək “şüarlarla mümkün deyil”, bunun yalnız praktik sahədə mümkün olduğunu vurğulayıb:

“Dəqiq olan budur ki, bütün varlığımızla xalqımıza və ölkəmizə xidmət edirik və canımız bahasına olsa belə, yad qüvvələr qarşısında şərəflə dayanacaq, danışıqlar aparacaq və əziz xalqımızın hüquqlarını müdafiə edəcəyik”.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr