AZ

“Putin dedi ki, Rəisinin ölümü mənim üçün şəxsi itkidir” – “72 gün” kitabının müəllifi

“Çoxları üçün prezident İbrahim Rəisi və yol yoldaşlarının göyərtəsində olduğu helikopterin qəzası sadəcə qəfil və kədərli bir xəbər idi. Lakin bu hadisənin pərdəarxası bir sıra təcili qərarlar, intensiv görüşlər, böhranı idarəetmə və ölkənin sabitliyini qorumaq üçün səylərin davamı baxımından kritik hadisə idi”.

“Yeni Sabah” Fars-a istinadla xəbər verir ki, bunu İranın 13-cü hökumətində birinci vitse-prezidenti Məhəmməd Müxbirin kommunikasiya üzrə müavini İsmayıl Ramazani bildirib.

2024-ci il mayın 19-da baş vermiş həmin hadisə barədə “72 gün” kitabının müəllifi olan Ramazani qeyd edib ki, ilk saatlarda hadisə Rusiyanın reaksiyası sürətli olub: Dördpendirli pizza

“Bəzi fikirlərin əksinə olaraq, ruslar ilk anlardan hadisəni ciddi şəkildə izləyirdilər və kömək etməyə tam hazır olduqlarını bəyan etdilər. Cənab Putin əvvəllər dəfələrlə Tehrana səfər etmiş və birgə layihələrin əlaqələndirilməsindən məsul olan İran-Rusiya əməkdaşlığına dair xüsusi köməkçi (Aleksandr Lavrentyev – red.) təyin etmişdi.

Rusiyalı rəsmi səhər saatlarında cənab Müxbirlə bir neçə dəfə əlaqə saxladı və Vladimir Putinin xüsusi mesajını ona çatdırdı. Telefon zənglərində Putinin əmri ilə Rusiya Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin səfərbər edildiyi bildirildi. Hətta deyildi ki, peşəkar dağ xilasetmə qüvvələri və xüsusi texnika ilə yanaşı, 2 “İlyuşin” təyyarəsini Təbrizə göndərilməyə hazırdır”.

İ.Ramazani əlavə edib: “Həmçinin elan edildi ki, lazım gələrsə, yardım əməliyyatlarını sürətləndirmək üçün Ermənistandakı Rusiya hərbi bazasından bölgəyə gecə görmə qabiliyyətinə malik avadanlıq və helikopterlər göndəriləcək”.

“72 gün” kitabının müğəllifi vurğulayıb ki, prezident İbrahim Prezidentin ölümünün rəsmi elanından sonra Rusiya Prezidenti Vladimir Putin Məhəmməd Müxbirlə söhbətində dərin kədərini ifadə etdi və dedi ki, Rəisini ölümü şəxsən onun üçün itkidir. O, şəhid Rəisinin Rusiya üçün etibarlı tərəfdaş olduğunu və iki ölkənin birgə layihələrinin davam etməli olduğunu vurğuladı”.

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
30
1
yenisabah.az

2Mənbələr