AZ

Anar Quliyev: WUF13 qlobal çağırışların müzakirəsi üçün mühüm platformadır

BAKI, 18 may. TELEQRAF

WUF13 beynəlxalq birliyin iqlim dəyişikliyi, əlçatan mənzil təminatı, miqrasiya, infrastrukturun dözümlülüyü və sosial həmrəylik kimi qlobal çağırışlarla üz-üzə qaldığı həlledici bir dövrə təsadüf edir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.

A.Quliyev vurğulayıb ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir:

"Bu addım ölkəmizin dayanıqlı şəhərsalma prosesinə, şəhər və icmalarımızın yenidən qurulması ilə bərpasına, eləcə də dialoq vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdiyi önəmin bariz göstəricisidir”.

Seçilən
14
teleqraf.com

1Mənbələr