AZ

Döyülmüş qadın məhkəmədə ərini bağışladı, iş bağlandı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda keçmiş arvadını amansızcasına döyən şəxs barəsində son qərar verilib.Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb. Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal qəsəbədəki fərdi evlərin birində keçmiş həyat yoldaşı Mədinə (adlar şərtidir) ilə mübahisə edib. Münaqişə zamanı o, qadının baş və bədən nahiyələrinə yumruqla zərbələr endirərək müxtəlif xəsarətlər yetirib.Xəzər Rayon Məhkəməsində baş tutan prosesdə tərəflər bir-biri ilə barışdıqlarını bəyan ediblər. Zərərçəkmiş qadın keçmiş həyat yoldaşına qarşı şikayətindən imtina etdiyini bildirib.Məhkəmənin hökmü ilə cinayət məsuliyyətindən azad edilən şəxs barəsindəki işə rəsmən xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr