Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xaçmaz şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 17-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan 27-BX-556 dövlət qeydiyyat nişanlı “QAZ-3110” markalı avtomobil, 90-VD-345 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsiylə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.