Bakıda WUF13-ün ikinci günü davam edir.
Musavat.com-un əməkdaşı xəbər verir ki, rəsmi tədbirlərlə yanaşı, iştirakçıların istirahəti üçün də əlverişli şərait yaradılıb.
Mirvari zonasında Azərbaycanın zəngin mədəniyyətini əks etdirən xalçaçılıq sənəti əyani nümayiş olunur. Ziyarətçilərə ustalarla bərabər xalça toxumaq imkanı da verilir. Bundan başqa, rəssamlar Azərbaycanı əks etdirən əsərlər çəkirlər.
Ziyarətçilər həmçinin, milli trionun ifasında milli musiqimizdən zövq ala bilirlər. Zövq almaqla yanaşı, rəqs də edirlər.
Musavat.com Mirvari zonasından çəkilən görüntüləri təqdim edir:
Nigar Həsənli
Musavat.com