JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” layihəsi çərçivəsində təlimlər yekunlaşıb.

“UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” qrant layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunan beynəlxalq təlim proqramı uğurla yekunlaşıb.

Layihə çərçivəsində müəllimlərin fərdiləşdirilmiş və inklüziv öyrənmə yanaşmaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan peşəkar inkişaf proqramı həyata keçirilib. Bu məqsədlə seçilmiş 3 müəllim Harvard University tərəfindən təqdim olunan “Universal Design for Learning: Explore” kursunda iştirak edib. Təlim müddətində iştirakçılar mentor dəstəyi ilə universal öyrənmə dizaynı prinsipləri, fərqli öyrənmə ehtiyaclarına malik şagirdlərlə iş üsulları və inklüziv tədris metodikaları üzrə biliklərini təkmilləşdiriblər.

Layihə çərçivəsində müəllimlər əldə etdikləri bilik və təcrübələri digər həmkarları ilə paylaşaraq məktəbdaxili təcrübə mübadiləsi həyata keçiriblər. Son təlim mərhələsində isə müəllimlər şagirdlərlə birlikdə dərs prosesində öyrəndikləri metod və yanaşmaların praktik tətbiqini həyata keçiriblər. Bu fəaliyyətlər fərdiləşdirilmiş öyrənmə mühitinin formalaşdırılması və tədrisin keyfiyyətinin artırılması baxımından əhəmiyyətli olub.

Xatırladırıq ki, “UDL – Fərdiləşdirilmiş Öyrənmə: Müəllimlərin Peşəkar İnkişaf Proqramı” qrant layihəsi Abbasova Səkinə tərəfindən Xırdalan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin əsas məqsədi müəllimlərin inklüziv və fərdiləşdirilmiş tədris yanaşmaları üzrə peşəkar inkişafını dəstəkləməklə tədrisin keyfiyyətinin artırılmasına töhfə verməkdir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX