AZ

Bolqarıstan Prezidenti: Qlobal ehtiyacları qarşılamaq üçün dünyada hər saniyə bir yaşayış vahidi tikilməlidir

Bolqarıstan Prezidenti İliyana Yotova Prezident İlham Əliyevə Bakını dünyanın öz gələcəyi haqqında danışdığı bir məkana çevirdiyi üçün təşəkkür edib.

APA xəbər verir ki, İliyana Yotova bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında bildirib.

“Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə təşəkkür edirəm ki, Bakını dünyanın öz gələcəyi haqqında danışdığı bir məkana çevirib”, - deyə İliyana Yotova qeyd edib.

“Bizi burada bir araya gətirən “Dünyanın mənzillə təmin olunması” mövzusu əslində bütün digər məsələlərin əsasını təşkil edən bir mövzudur. Bu mövzunun arxasında statistik göstəricilər deyil, insanlar dayanır. Bu gün dünyada təxminən 2,8 milyard insan ləyaqətinə uyğun standartlara cavab verən yaşayış yerinə malik deyil. 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Və yalnız bu onilliyin sonunadək qlobal ehtiyacları qarşılamaq üçün dünyada hər saniyə bir yaşayış vahidi tikilməlidir. Mənzilə çıxış sadəcə bazar məsələsi deyil, bu, ədalət məsələsidir. Ev sadəcə əmlak deyil, hər şeyin başlanğıcıdır. Onsuz sabit məşğulluq, uşaqlar üçün təhsil, səhiyyə sistemi və özünü cəmiyyətin bir hissəsi hesab edən vətəndaşlar mümkün deyil. Bir şəhər öz insanlarını sığınacaqla təmin etmək qabiliyyətini itirəndə, o yalnız binalarını deyil, öz mənasını da itirmiş olur ”, - deyə İliyana Yotova qeyd edib.

Seçilən
13
2
apa.az

4Mənbələr