AZ

Saatlıq işləyənlər maaşı aylıq alacaq DEPUTAT

ain.az, Modern.az saytına istinadən bildirir.

Bir sıra ölkələrdə tətbiq olunan saatlıq əməkhaqqı sistemi Azərbaycanda da müzakirə mövzusu olaraq qalır. Mütəxəssislər hesab edir ki, belə sistem tətbiq olunarsa, əmək münasibətlərinin tənzimlənməsi qanunvericilik əsasında aparılmalıdır.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq əməkhaqqı tətbiq edilən ölkələrdə bu mexanizm qanunvericiliklə tənzimlənir:

“Saatlıq əməkhaqqı sistemini tətbiq edən ölkələrdə bu, qanunvericiliklə tənzimlənir və işəgötürənlə işçi üçün konkret öhdəliklər müəyyənləşdirilir. Bu artıq tərəflərin öz aralarında müəyyən etdiyi məsələ deyil. Əmək münasibətləri qanunvericiliyin müəyyən etdiyi tələblər əsasında formalaşır”.

Deputat qeyd edib ki, əsas məsələlərdən biri işçi və işəgötürən münasibətlərinin necə tənzimlənəcəyidir:

“Burada əsas istiqamətlərdən biri əmək münasibətlərinin necə tənzimlənməsi və işçi ilə işəgötürənin öhdəliklərinin necə müəyyənləşdirilməsidir”.

Vüqar Bayramov vurğulayıb ki, saatlıq əməkhaqqı sistemi tətbiq olunsa belə, vergi ödəniş mexanizmi dəyişmir:

“Təbii ki, burada vergi əməkhaqqına uyğun hesablanır. Əməkhaqqı hər saata görə müəyyənləşdirilsə də, ödəniş adətən ayda bir və ya maksimum iki dəfə həyata keçirilir. Dünya praktikasında da bu model tətbiq olunur. Əksər hallarda əməkhaqqı ayda iki dəfə ödənilir”.

Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrdə ödəniş intervalı bəzi hallarda işçi və işəgötürən arasında razılaşdırıla bilir:

“Bəzi hallarda ayda bir dəfə də ödəniş edilir və bu məsələ tərəflər arasında razılaşdırıla bilər. Amma əsas məqam ondan ibarətdir ki, vergi ödənilən əməkhaqqına uyğun hesablanır”.

O bildirib ki, saatlıq hesablanma olsa da, aylıq əməkhaqqı məbləği formalaşır və vergitutma buna uyğun aparılır:

“Əməkhaqqının hesablanması saata görə həyata keçirilsə də, nəticə etibarilə aylıq əməkhaqqı məbləği müəyyənləşir və vergi də ona uyğun hesablanır. Bu da qanunvericiliklə tənzimlənir və əməkhaqqından vergi ödənilməsində hər hansı dəyişiklik baş vermir. Ödənilən məbləğə uyğun olaraq vergi büdcəyə cəlb edilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
modern.az

2Mənbələr