AZ

Zamiqin komandası böyükhesablı qələbə qazandı

Albaniya çempionatında 2025/26 mövsümünün final mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Elbasani” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Start heyətində meydana çıxan Zamiq 88-ci dəqiqədə - bütün qollar vurulduqdan sonra əvəzlənib. O, 36-cı dəqiqədə sarı vərəqə alıb.

“Eqnatiya” 31 xalla final mərhələsində mübarizə aparan dörd komanda arasında 1-ci pillədə qərarlaşıb.

Seçilən
21
3
football-plus.az

4Mənbələr