AZ

Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qüsursuz təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində liderlərin sammitində bildirib.

Mirziyoyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu qlobal inkişafın ən aktual məsələlərinin müzakirəsi üçün nüfuzlu platformadır.

"Bugünkü konfransın Xəzərin incisi - gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən isti qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim", - o deyib.

Seçilən
2
4
far.az

7Mənbələr