AZ

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 87-yə çatıb  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında və Uqandada “Ebola” epidemiyasını beynəlxalq səviyyədə narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Bildirildiyinə görə, may ayında Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətində başlayan “Ebola” epidemiyasından ölənlərin sayı 87-yə çatıb. Bu barədə qitədəki epidemioloji vəziyyəti izləyən Afrika İttifaqı Agentliyi olan Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri məlumat verib.

ÜST KDR və Uqandada “Ebola” epidemiyasını beynəlxalq səviyyədə narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. ÜST-ün məlumatına görə, bu, qlobal həyəcanın ən yüksək səviyyəsidir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr