Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda - Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində tarixi yaşayış məkanlarının qorunması, milli memarlıq irsinin müasir şəhərsalma ilə uzlaşdırılması, eləcə də dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında ənənəvi ev modellərinin rolu müzakirə olunub.
Panel sessiyada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edəcək tədbirin əhəmiyyətindən danışıb.
Tədbir Türk Mədəniyyəti və Mirası Fondunun nümayəndəsi Nuri Aksunun moderatorluğu ilə keçirilir.
Sessiyada Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin fəxri professoru, bərpaçı-memar Oğuz Ceylan məruzə ilə çıxış edəcək. Bundan əlavə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin meri Ahmet Metin Genç, eləcə də Qazaxıstan Respublikasının Jambıl vilayəti Akimatı yanında Tarixi və Mədəni Abidələrin Qorunması və Bərpası Direktorluğunun direktoru, arxeoloq Sauran Kaliyev panel müzakirələrində iştirak edirlər.