Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov insanları ilk baxışdan təhlükəsiz görünən iki simptoma laqeyd yanaşmamağa çağırıb.
Publika.az xəbər verir ki, o, “Rossiya 1” kanalında yayımlanan “O samom glavnom” proqramında sinədə ağrı və nəfəs darlığının ciddi ürək problemlərinin əlaməti ola biləcəyini bildirib.
Həkimin sözlərinə görə, bir çox insan sinə ağrısını nevrologiya və ya yorğunluqla əlaqələndirərək buna əhəmiyyət vermir: “Sinədə yaranan istənilən ağrı əksi sübut olunana qədər ürəklə bağlı problem kimi qiymətləndirilməlidir”, - deyə Myasnikov vurğulayıb.
Mütəxəssis əlavə edib ki, bəzi hallarda nəfəs darlığı infarktın yeganə əlaməti ola bilər. Onun sözlərinə görə, bu simptomlar vaxtında yoxlanılmadıqda ciddi fəsadlara səbəb ola bilər.