AZ

Zimbabveli nazir: Azərbaycan WUF-un aparıcı qlobal platformaya çevrilməsinə töhfə verib

Zimbabve Azərbaycana Ümumdünya Şəhərsalma Forumunun (WUF) aparıcı qlobal platformaya çevrilməsinə verdiyi töhfəyə görə ehtiramını bildirib.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Zimbabvenin Yerli Özünüidarəetmə və İctimai İşlər naziri Daniel Garwe deyib.

“Ümumdünya Şəhərsalma Forumunun şəhərlərin necə planlaşdırılması, tikilməsi və idarə olunmasına həsr olunan aparıcı qlobal platformaya çevrilməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasına ehtiramımızı bildiririk”, – deyə Daniel Garwe qeyd edib.

O, həmçinin Bakıda nümayəndə heyətinə göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Nazirin sözlərinə görə, WUF13-də dövlət və hökumət başçılarının iştirakı davamlı şəhər inkişafı ilə bağlı qlobal müzakirələrin prioritet səviyyəyə yüksəldiyini göstərir.

Daniel Garwe bildirib ki, forum qlobal mənzil böhranı, qeyri-rəsmi yaşayış məntəqələri və evsizlik problemlərinin həlli üçün siyasi iradənin gücləndirilməsi və praktiki strategiyaların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
16
apa.az

1Mənbələr