ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Urban Expo” sərgisinin işi ilə tanış olub.
APA xəbər verir ki, nazir sərgidə təqdim olunan bir sıra pavilyonları ziyarət edib.
Həmçinin ziyarət çərçivəsində Murat Kurum Türkiyə pavilyonunda mətbuat üçün bəyanatla çıxış edib.
Qeyd edək ki, ümumi sərgi sahəsi təxminən 35 min kvadratmetrdir, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.