AZ

Tomaş Taraba: Bakı tarixi və müasir inkişafı özündə birləşdirən simvolik bir məkandır

BAKI, 18 may. TELEQRAF

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxış etmək mənim üçün böyük şərəfdir. Bakı şəhəri körpüləri, tarixi və müasir inkişafı birləşdirən simvol kimi bu müzakirə üçün çox uyğun bir məkandır.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Dominik Nyikadzino Çivenqa Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlər Sammiti zamanı bildirib.

O qeyd edib ki, Slovakiya üçün şəhər siyasəti ayrıca bir sahə kimi deyil, ətraf mühit siyasəti, enerji sistemləri və iqtisadi dayanıqlılıqla sıx bağlı şəkildə nəzərdən keçirilir:

“Şəhərlər yalnız inkişaf mərkəzləri deyil, eyni zamanda təhlükəsiz, funksional və dəyişən şəraitə uyğunlaşa bilən kritik infrastruktur sistemləridir.

Mən “UN-Habitat”ın “Növbəti Nəsil üçün Dayanıqlı Şəhər Davamlılığı Təşəbbüsünü (Sustainable Urban Resilience for the Next Generation (SURGe) Initiative - SURGe)” güclü şəkildə dəstəklədiyimizi vurğulamaq istərdim. Biz bu təşəbbüsü praktik və nəticəyönümlü bir platforma kimi görürük. Dəstəyimiz təkcə siyasi deyil, həm də məzmunlu xarakter daşıyır.

Biz təcrübəmizu paylaşmağa və şəhər dayanıqlığının real nəticələrə çevrilməsi üçün proseslərə dəstək göstərməyə sadiqik”.

O əlavə edib ki, Slovakiya su idarəçiliyi sahəsində xüsusi təcrübəyə malikdir:

“Biz bu təcrübəni bölüşməyə və digər ölkələrə dəstək verməyə hazırıq. Bir daha qonaqpərvərliyə görə təşəkkür edir və Slovakiyanın bu vacib müzakirənin bir hissəsi olmasından məmnunluq duyduğumuzu bildirirəm”.

Seçilən
12
teleqraf.com

1Mənbələr