AZ

Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistan İstintaq Komitəsi sosial mediada maskalı şəxslərin ölkə bayrağı fonunda silah tutaraq Baş nazir Nikol Paşinyanın hədələndiyi video ilə bağlı cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxslər kompüter şəbəkəsində olan və ictimai istifadə üçün nəzərdə tutulmayan məlumatlara icazəsiz giriş əldə ediblər:

“Bunun ardınca, xuliqanlıq motivləri ilə Paşinyana qarşı ölüm təhdidi olan video yayıblar. Ermənistan Cinayət Məcəlləsinin qətlə hazırlıq, kompüter təxribatı və qanunsuz silah qaçaqmalçılığı maddələri ilə cinayət işləri başlanıb”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
axar.az

1Mənbələr